İran çempionatında 20-ci turun oyunları keçirilib.
Korner.az-ın məlumatına görə, Təbrizin “Traktor Sazi” klubu bu tu səfərdə lider “İstiqlal” (Kuzestan) qonağı olub.
Matçda qalib müəyyənləşməyib. Hərəyə bir dəfə fərqlənən komandalar meydandan 1 xalla ayrılıb – 1:1.
Bu nəticədən sonra xalını 28-ə yüksəldən “Traktor Sazi” turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
