Futbol üzrə İran çempionatında 18-ci turun qarşılaşmaları keçirilir.
Korner.az-ın məlumatına görə, Cənubi Azərbaycanın “Traktor Sazi” klubu bu tur səfərdə “Sorinet” klubu ilə qarşılaşıb.
Matç 0 – 0 hesablı bərabərliklə başa çatıb.
Qeyd edək ki, 18 turdan sonra Təbriz təmsilçisi 27 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
