“Traktor” səfərdə məğlub oldu
26.01.2020 , 19:55

İran çempionatında 17-ci tura yekun vurulub.
Korner.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən “Traktor” “Persepolis”lə qarşılaşıb. Oyun Təbriz təmsilçisinin məğlubiyyəti ilə başa çatıb – 0:2.
“Traktor” 17 turdan sonra turnir cədvəlində 30 xalla 3-cü pillədə qərarlaşıb. “Persepolis” 37 xalla 1-ci, “Sepahan” 32 xalla 2-cidir.
