“Traktor” qələbə qazandı, ilk pilləyə yüksəldi
15.03.2019 , 10:35

İran çempionatında 22-ci turun görüşləri keçirilir.
“Traktor” doğma meydanda “Padideh” klubu ilə qarşılaşıb. Görüş Təbriz klubunun minimal hesablı qələbəsi ilə başa çatıb.
14 mart;
“Traktor” – “Padideh” – 1:0
Qol: Antoni Stokes, 22
Qeyd edək ki, “Traktor” klubu hazırda rəqiblərindən daha çox oyun keçirib və çempionatın lideridir.
