“Traktor” darmadağınla qazandı
26.10.2021 , 10:24
İran çempionatında 2-ci turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti matçına çıxıb.
Təbriz klubu doğma meydanda “Sanat Naft” ilə qarşılaşıb. Mövsümə məğlubiyyətlə başlamış “traktorçular” bu dəfə darmadağına seviniblər – 3:0.
“Traktor” iki turdan sonra 3 xalla 16 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.