“Trabzonspor”un yeni baş məşqçisi müəyyənləşdi
10.11.2020 , 17:00

“Trabzonspor”un yeni baş məşqçisi məlum olub.
Korner.az xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra Abdulla Avcı çalışdıracaq.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Mütəxəssislə 2.5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Abdulla Avcı son olaraq “Beşiktaş”ın baş məşqçisi olub.
