“Trabzonspor”un yeni baş məşqçisi kimdir?
11.03.2025 , 09:45

Şenol Günəşlə yollarını ayıran “Trabzonspor”un yeni baş məşqçisi məlum olub.
Korner.az xəbər verir ki, Super Liqa klubu Fatih Tekke ilə razılığa gəlib.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bununla bağlı klub tərəfindən rəsmi açıqlamanın verilməsi gözlənilir.
