“Trabzonspor”un transfer planı
15.04.2024 , 13:58

“Trabzonspor” yeni mövsüm üçün transfer çalışmalarına start verib.
Korner.az xəbər verir ki, klub “Qlazqo Reyncers”lə müqaviləsi başa çatacaq Barişiçi heyətinə qatmaq istəyir.
Bundan başqa, Super Liqa təmsilçisi Paul Onuaçu və “Dinamo Zaqreb”in xorvatiyalı forvardı Bruno Petkoviçi transfer etmək üçün hərəkətə keçib.
Klubun transfer radardakı digər oyunçu isə “Lester Siti” ilə müqaviləsi mövsümün sonunda başa çatacaq 27 yaşlı İheanaçodur.
1,85 boyunda olan ulduz hücumçu bu mövsüm Çempionşipdə 22 matçda 5 qol vurub.
