Dünya Futbolu

“Trabzonspor”un sabiq çalışdırıcısı Yaponiya millisində!

12.03.2015 , 11:19

Yaponiya milli komandasının yeni baş məşqçisi bəlli olub.

Korner.az-ın məlumatına görə, meksikalı Xavier Aquirrenin göndərilməsindən sonra boş qalan posta Vahid Halilhodziç gətirilib.

Fransanın “Lill”, “Renn”, PSJ klublarını çalışdırmış bosniya və herseqovinalı Halilhodziç Əlcəzair millisi ilə DÇ-2014-də mərhələ adladıqdan sonra “Trabzonspor”la anlaşmışdı. Ancaq 62 yaşlı məşqçinin Trabzon macərası bir neçə ay davam etmiş və o, ötən ilin noyabrında postundan göndərilmişdi.

Son yazılar

Yuxarı