Türkiyənin “Trabzonspor” klubunun qapıçısı Onur
Receb Kıvrak, göstərdiyi preformans sayəsində Avropa Liqasının qrup mərhələsində
ən yaxşı qapıçı seçilib.
Korner.az-ın məlumatına görə, 1/16 final mərhələsi də daxil olmaqla 14 oyunda
66 qurtarış edən qapıçı bütün diqqətləri üzərinə çəkib. “Bordo Mavili”lər də yeni müqavilədən sonra
daha da həvəslənən Onur, “Yuventus” ilə qarşılaşmada da gözəl oyun nümayiş
etdirərək italyanların 49 zərbəsini dəf etmişdi.