“Trabzonspor”un prezidenti istefa verdi
03.03.2023 , 17:50

Türkiyənin “Trabzonspor” klubunun prezidenti Ahmet Ağaoğlu istefa verib.
Korner.az xəbər verir ki, bu barədə Qara dəniz təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
66 yaşlı funksioner 2018-ci ildən bu vəzifədə çalışırdı. Komanda onun rəhbərliyi dövründə ötən mövsüm Türkiyə çempionu olub.
