Türkiyə Liqasının son turunda “Trabzonspor” “Sivasspor”u qonaq etdi və 4:0 hesablı inamlı qələbə qazandı.
Korner.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, oyundan sonra trabzonlu Olcan və sivaslı Bilika arasında dava düşüb.
Belə ki, Bilika Olcana hücum çəkib və əliylə üzünü dartıb. Futbolçuların araya girməsiylə gərginliyin qarşısı alınıb.
