“Trabzonspor”un Onuaçu üçün növbəti cəhdi
08.07.2024 , 10:42

“Trabzonspor” yeni mövsüm üçün transfer çalışmalarını davam etdirir.
Korner.az xəbər verir ki, Super Liqa klubu Paul Onuaçunu heyətinə cəlb etmək üçün hərəkətə keçib.
Klubun ilk cəhdi uğursuz alınsa da, növbəti dəfə də futbolçu üçün danışıqlar aparılıb.
“Sauthempton” “Trabzonspor”un ilk icarə təklifini rədd etsə də, yeni təklifini dəyərləndirəcəyi gözlənilir.
Premyer Liqa klubu Onuaçu üçün 15 milyon avro tələb edir. Tərəflərin danışıqlar üçün yenidən masa arxasına keçəcəyi bildirilir.
Mina Musayeva
