“Trabzonspor”un heyətində ciddi itki baş verib.
Türkiyə Super Liqasının 10-cu turunda doğma meydanda “Qalatasaray”ı qəbul edəcək Qara Dəniz təmsilçisində Burak Ylmaz şoku yaşanır. Əzələsində problem olan Türkiyə millisinin üzvü “cim bom”a qarşı oynaya bilməyəcək.
“Trabzonspor” – “Qalatasaray” qarşılaşması 29 oktyabr tarixində baş tutacaq.
