“Trabzonspor”un hədəfi
22.05.2024 , 16:00

“Trabzonspor” transfer üçün bir çox adı gündəminə gətirib.
Korner.az xəbər verir ki, siyahıya sonuncu daxil olan oyunçu Roman Yaremçuk olub.
Hazırda “Valensiya”da icarə əsasında çıxış edən ukraynalı hücumçu mövsümün sonunda yenidən klubu “Brügge”yə qayıdacaq.
2026-cı ilə qədər müqaviləsi olan 28 yaşlı futbolçu gələcəyini klubu ilə müzakirə edəcək.
28 yaşlı hücumçu cari mövsümdə 34 matçda 8 dəfə fərqlənib.
