“Trabzonspor”un futbolçusuna “Espanyol”dan təklif
27.04.2023 , 14:51
“Trabzonspor”un ulduz futbolçusu Mark Bartra adı bir çox klublarla hallanır.
Korner.az xəbər verir ki, İspaniya mətbuatında yayılan xəbərlərdə onunla “Espanyol”un yaxından maraqlandığı bildirilib.
Futbolçunun 2025-ci ilə qədər müqaviləsinin olduğu, lakin İspaniyadan yaxşı təkliflər aldığı vurğulanıb.
Bjelikanın rəhbərliyə təqdim edəcəyi hesabata görə mövsümün sonunda Bartra ilə bağlı qərar veriləcək. O, komandadan ayrılsa, onun yerinə daha gənc futbolçu transfer olunacağı gözlənilir.