“Trabzonspor”un futbolçusu iki İtaliya klubunun hədəfində
26.08.2024 , 11:56
“Trabzonspor”un ötən mövsüm “Angers”dən heyətinə qatdığı Batista Mendi bu mövsüm oynadığı matçlarda göstərdiyi performansla diqqət çəkib.
Korner.az xəbər verir ki, futbolçu üçün “Kristal Pelas”dan sonra “Trabzonspor”un qapısını iki İtaliya klubu döyüb.
A Seriya təmsilçisi “Torino”nun Mendi üçün bonuslar da daxil olmaqla təxminən 10 milyon avro ödədiyi, digər İtaliya klubunun isə “Trabzonspor”dan qiymət öyrəndiyi bildirilib.
Super Liqa klubu isə 24 yaşlı yarımmüdafiəçini satmaq istəmir.