“Trabzonspor”u bu kluba dəyişir
11.04.2025 , 22:15

“Trabzonspor”un oyunçusu Simon Banza yayda klubunu dəyişə bilər.
Korner.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Xəbərdə, kanqolu hücumçu ilə “Qalatasaray” və “Fənərbağça”nın maraqlandığı bildirilib.
28 yaşlı futbolçunun taleyinə mövsümün sonunda aydınlıq gələcək.
