"Trabzonspor"un Belçika təmsilçisi "Lokeren"lə qarşılaşma öncəsində inanılmaz hadisə yaşanıb.
Korner.az-ın məlumatına görə, türk klubunun çalışdırıcısı Vahid Halilodziç futbolçusu Özər Xurmacının UEFA siyahısında yer almadığını son dəqiqədə öyrənib. Belə ki, təcrübəli çalışdırıcı "Akhisar"la matçda Məhmət Əkicidən yararlanmış, Özəri isə "Lokeren"lə oyuna saxlamışdı.
Qeyd edək ki, bosniyalı mütəxəssis klubun texniki heyətindən futbolçunun mövsüm əvvəlində zədəli olduğu üçün UEFA siyahısına bildirilmədiyini öyrənib.
