Türkiyədə çempionluq yarışında əsas rəqibləri “Qalatasaray” və “Fənərbaxça”yla mübarizə aparan “Beşiktaş” hesabat turunu itkisiz qapayıb.
Korner.az-ın məlumatına görə, Superliqanın 29-cu turunda “Trabzonspor”la səfərdə qarşılaşan “Qara qartallar” Demba Ba və Mustafa Pektemekin qollarıyla 2:0 hesabı ilə qələbə qazanıb.
Bu qarşılaşmada ən maraqlı məqamlardan biri 60-cı dəqiqədə baş verib. Komandasının hesabda geri olduğunu görən baş məşqçi Ərsun Yanal Özər Hurmaçının əvəzinə meydana Oskar Kardozonu çıxarıb. Əvəzləndiyini görən Hurmaçı göz yaşlarını saxlaya bilıməyib.
