Türkiyə Super Liqasında mübarizə aparan "Trabzonspor" futbolçusu Yusuf Yazıcıya yeni müqavilə təklif edib.
Korner.az-ın məlumatına görə, bu haqda "Milliyet" xəbər yayıb.
Qara dəniz təmsilçisi futbolçuya 5 illik müqavilə, aylıq 25 min lirə maaş və hər matça görə 10 min lirə təklif edib.
Qeyd edək ki, 20 yaşlı futbolçunun klubla 2020-ci ilə qədər müqaviləsi var və aylıq maaşı 5 min lirədir.
Xatırladaq ki, gənc oyunçu bu mövsüm 7 oyuna 2 qol vurub və 2 məhsuldar ötürmə edib.
