Floran Maluda və Joze Bosinqva kimi ulduz futbolçuları heyətinə qatan “Trabzonspor” növbəti “bomba”sını partlatmağa çox yaxındı.
Korner.az-ın “fanatik.com”a istinadən məlumatına görə, Trabzon təmsilçisi “Lill”də forma geyinən ulduz futbolçu Salomun Kalu ilə böyük ölçüdə anlaşıb. Maluda və Bosinqva ilə telefon söhbəti edən təcrübəli futbolçu “gələrəm” deyib. “Bordo-mavilər” futbolçu üçün qarşı tərəfə 10 milyon avro ödəməyə hazırdır.
