“Trabzonspor”dan “Leyptsiq”ə
22.09.2020 , 20:02

“Leyptsiq” heyətinə yeni futbolçu cəlb edib.
Korner.az xəbər verir ki, Bundesliqa təmsilçisi “Trabzonspor”dan Aleksander Serlotunu transfer edib.
“Leyptsiq” bu keçid üçün Superliqa klubuna 20 milyon təzminat ödəyəcək.
Qeyd edək ki, 24 yaşlı futbolçu ötən mövsümdən “Trabzonspor”da çıxış edir.
