Türkiyə Super Liqasında mübarizə aparan “Trabzonspor” “Çelsi” klubunun futbolçusu Sesk Fabreqasla maraqlanır.
Korner.az-ın məlumatına görə, əgər Yaya Turenin keçidi reallaşmasa, Qara dəniz təmsilçisi Fabreqası transfer siyahısına salacaq.
“Trabzonspor” futbolçunun meneceri ilə danışıqlar aparmağa başlayıb. Türkiyə klubu ispan yarımmüdafiəçiyə illik 5 milyon avro təklif edir.
Bildirilir ki, London təmsilçisinin baş məşqçisi Antonio Konte oyunçunun icarə əsasında transfer olunmasına müsbət yanaşır.
Xatırladaq ki, “zadəganlar”la 2019-cu ilə qədər müqaviləsi olan Fabreqas bu mövsüm 7 oyunda iştirak edib.
