Türkiyə Super Liqasında “Trabzonspor”un uğursuz seriyası davam edir.
Korner.az-ın məlumatına görə, trabzonlular ardıcıl üçüncü matçından da məğlub ayrılıb.
Millimizin üzvü Ramil Şeydayevin formasını geyindiyi “bordo-mavilər” IV turda “Alanyaspor”dan zəif oldu – 3:0. Ramilin adı oyunun iştirak ərizəsinə salınmayıb.
