Türkiyə Super Liqasında mübarizə aparan “Trabzonspor” futbolçusu Yusuf Yazıcı ilə yeni müqavilə imzalamaq istəyir.
Korner.az-ın məlumatına görə,bu haqda “Fanatik” xəbər yayıb.
Futbolçunun Türkiyə millisinə dəvət alacağı da gözlənilir.
Xatırladaq ki, Yazıcı bu mövsüm 4 oyuna 2 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.