“Trabzonspor”da yeni baş məşqçi
18.04.2023 , 18:00

“Trabzonspor”un yeni baş məşqçisi məlum olub.
Korner.az xəbər verir ki, komandanı bundan sonra Nenad Belitsa çalışdıracaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xəbərdə, mütəxəssislə 2 illik müqavilə imzalandığı qeyd olunub.
