Futbol

“Trabzonspor”da yeni baş məşqçi

03.08.2020 , 17:53

“Trabzonspor”un yeni baş məşqçisi müəyyənləşib.

Korner.az xəbər verir ki, Qara dəniz təmsilçisini bundan sonra Eddi Nyuton çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb.

“Çelsi”nin keçmiş futbolçusu bu ildən “bordo-mavili” klubda işləyir. 48 yaşlı mütəxəssis Hüseyn Çimşirin istefasından sonra müvəqqəti baş məşqçi təyin olunmuşdu. Komanda onun rəhbərliyi ilə Türkiyə kubokunun finalında “Alanyaspor”a qalib gəlmişdi.

Son yazılar

Yuxarı