“Trabzonspor”a Onuaçudan yeni xəbər
03.07.2024 , 13:17

“Trabzonspor”un yenidən heyətinə qatmaq istədiyi Paul Onuaçudan yeni xəbər var.
Korner.az xəbər verir ki, “Sauthempton” futbolçu üçün Türkiyə klubundan 15 milyon avro tələb edir.
Ancaq İngiltərə klubu Onuaçunun Super Liqa təmsilçisində oynamaq istəyini nəzərə alıb.
30 yaşlı onuaçu zədə səbəbindən Afrika Millətlər Kuboku və Super Liqada 12 matçı buraxsa da, keçirdiyi 21 yarışda 15 qol və 4 məhsuldar ötürmə ilə hesaba töhfə verib.
