PFDK “Trabzonspor” klubunu 6 oyunluq cəzalandırdı.
Korner.az-ın məlumatına görə, Türkiyə Super Liqasında ötən turda baş tutan qalmaqallı “Trabzonspor” – “Fənərbağça” derbisində Trabzon təmsilçisi üçün cəzalar açıqlanıb.
Belə ki, həmin derbidə baş verənlərə görə, “Trabzonspor”a öz meydanında 6 oyunluq azrkeşsiz oynamaq cəzası verib. Bununla yanaşı trabzonlular 80.000 TL (təxminən 38.000 AZN) cərimə ödəyəcək.
