“Yuventus”un müdafiəçisi Maurisio İsla karyerasını Türkiyədə davam etdirəcək.
Korner.az-ın məlumatına görə, İsla “Trabzonspor”un maraq dairəsinə düşüb.
“Bordo-mavilililər” çilili futbolçunu heyətinə qatmaq üçün “qoca sinyora”ya müraciət edib. Başa çatan mövsümü “Marsel”də icarədə keçirən İsla 23 oyunda meydana çıxıb və iki qol vurub.
