Türkiyə Yarqıtay Məhkəməsinin “Fənərbağça”nın 2010-2011 mövsümündə oyun alğı-satğısı ilə məşğul olduğunu təsdiqlədikdən sonra “Trabzonspor” rəhbərliyi gözlənilən addımı atıb.
Korner.az-ın məlumatına görə, “Bordo-mavililər” UEFA və FİFA-ya rəsmən müraciət ediblər. Klubun rəsmi saytında yer alan məktubda UEFA və FİFA-nın “Trabzonspor”un 2010-2011 mövsümün çempionu elan edilməsini tələb edilib.