“Trabzonspor” qapıçısı ilə vidalaşdı
07.01.2019 , 21:21

“Trabzonspor” qapıçısı Onur Kıvrakla yolları ayırıb.
Türkiyə millisinin qolkiperi ilə 2020-ci ilin yayında başa çatacaq müqavilənin müddəti qarşılıqlı razılaşma əsasında ləğv edilib.
Qeyd edək ki, O.Kıvrak 2008-ci ildən “Trabzonspor”da oynayırdı.
