“Trabzonspor” Onananı heyətində saxlamaq istəyir
08.10.2025 , 15:56
“Mançester Yunayted”in qapıçısı Andre Onananın “Trabzonspor”dakı çıxışı klub rəhbərliyinin diqqətini cəlb edib.
Korner.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, klub rəsmiləri 29 yaşlı qolkiperin performansından razıdır və onu icarə müddəti başa çatdıqdan sonra da komandada saxlamaq istəyirlər.
Rəsmi müqavilədə satınalma opsiyası olmasa da, “Trabzonspor” rəhbərliyi Onananın nümayəndələri ilə danışıqlara başlamayı planlaşdırır.
Qeyd edək ki, kamerunlu qapıçı cari mövsümdə Super Liqada 4 oyuna çıxaraq 5 qol buraxıb.