Türkiyə Super Liqasında mübarizə aparan “Trabzonspor” müdafiəçisi Luis İbanezi mövsümün sonunda komandadan göndərəcək.
Korner.az-ın məlumatına görə, bu haqda “Fanatik” xəbər yayıb.
Gələn mövsüm 50 illiyində çempion olmağı hədəfləyən klub futbolçu üçün 1.4 milyon avro tələb edir.
Xatırladaq ki, Qara dəniz təmsilçisi argentinalı oyunçunu mövsümün əvvəlində 1.4 milyon avroya transfer etmişdi.
