“Trabzonspor” “Liverpul”un futbolçusunu transfer edir
12.07.2024 , 13:36

“Trabzonspor” yeni transferə hazırlaşır.
Korner.az xəbər verir ki, Super Liqa təmsilçisi “Liverpul”da çıxış edən Nataniel Fillipsi heyətinə cəlb edəcək.
İngiltərə klubu ötən mövsüm “Kardiff Siti”də icarə əsasında çıxış edən 27 yaşlı müdafiəçi üçün təxminən 9 milyon avro transfer haqqı istəyir.
Trabzon təmsilçisi isə danışıqlar aparıb, bu qiyməti 5 milyon avroya endirmək fikrindədir.
Xatırladaq ki, Fillipsin “Liverpul” ilə müqaviləsi 2025-ci ilə qədərdir.
Mina Musayeva
