“Trabzonspor” ilk transferini reallaşdırmağa yaxındır
01.06.2023 , 12:57

“Trabzonspor” heyətinə yeni futbolçu cəlb etməyə hazırlaşır.
Korner.az xəbər verir ki, “bordo-mavilər” Yunanıstanın “Panatinaikos” komandasında çıxış edən Dimitrios Kurbelislə prinsipial razılığa gəlib.
Yunan futbolçu ilə illik 900 min avroluq 2+1 illik müqavilə imzalanacağı gözlənilir.
