Türkiyənin "Trabzonspor" komandası yeni mövsümün başlamasına az qalmış heyətində güclü islahatlar aparıb.
Korner.az-ın məlumatına görə, qaradənizlilər 3 futbolçu ilə yolları ayırarkən də 9 futbolçusunu icarə əsasında başqa klublara göndərib. Komandadan göndərilən futbolçular Əmrə Özkan, Pioter Projek və Sami Böyüktopaçdır.
Bu 9 futbolçu isə icarə əsasında başqa klublara verilib.
Sefa Başıbüyük, Göksu Alhas, Barış Məmiş, Sərcan Kaya, Torric Yebrin, Eren Albayrak, Bora Sevim, Hüseyn Kayıkçı və Həsən Ahmet Sarı.
