“Trabzonspor” geri dönüş edərək qalib gəldi
20.04.2019 , 19:08

Türkiyə çempionatında 29-cu turun açılış oyunu keçirilib.
“Trabzonspor” klubu doğma meydanda “Malatyaspor” ilə qarşılaşıb. Hesabı qonaqlar açsa da, daha sonra iki top vuran meydan sahibləri qələbə qazanıblar.
Türkiyə çempionatı / 29-cu tur:
20 aprel, şənbə
“Trabzonspor” – “Malatyaspor” 2:1
Qollar: 22′ Ömər Şişmanoğlu (0:1), 31′ Antoni Nkaeme (1:1), 79′ Hugo Rodaleqa (2:1)
Qeyd edək ki, “Trabzonspor” klubu ardıcıl 5-ci qələbəsi qazanaraq 4-cü pilləyə yüksəldi
