Türkiyə Super Liqasının 24-cü turunda oynanan "Trabzonspor" – "Fənərbağça" qarşılaşması yarıda dayandırılıb.
Korner.az-ın məlumatına görə, "Trabzonspor" azarkeşlərinin meydana atdığı yad cisimlərə görə oyun əvvəlcə bir müddətlik dayanıb.
Azarkeşlərin dayanmadğını görən hakim Bülənt Yıldırım oyunu təxirə salıb.
Qeyd edək ki, matç dayandırılmamışdan əvvəl "Fənərbağça" Emmanuel Emenikenin vurduğu yeganə qol ilə hesabda qabaqda idi.
