“Trabzonspor” bu müdafiəçini istəyir
30.07.2024 , 11:30

“Trabzonspor” yeni transferə hazırlaşır.
Korner.az xəbər verir ki, Super Liqa klubu “Uotford”da çıxış edən Uesli Hoedtlə razılığa gəlib.
30 yaşlı sol müdafiəçisi 44 matçda meydana çıxıb, 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Oyunçunun “Uotford”la daha bir il müqaviləsi var. Hoedtin hazırda transfer dəyəri 2,2 milyon avrodur.
