“Trabzonspor” “Beşiktaş”ın futbolçusunu istəyir
24.02.2026 , 23:15
“Trabzonspor” baş məşqçi Fatih Tekkenin tələbi ilə Ernest Muççini komandaya qatmaq üçün rəsmi addımlar atıb.
Korner.az xəbər verir ki, Qara Dəniz klubu 24 yaşlı oyunçunun icarəsi üçün ”Beşiktaş”a 1 milyon avroluq təklif göndərib və gələcəkdə transfer hüququnu tam əldə etmək niyyətindədir.
Futbolçunun ümumi bazar dəyəri 9 milyon avro qiymətləndirilir.
Ödəniş planına görə, 1.5 milyon avroluq qalıq məbləğ 5 bərabər hissədə ödənəcək və beləliklə, Ernest Muçinin “Trabzonspor”da qalması rəsmiləşəcək.