“Trabzonspor” “Bernli”dən futbolçu gətirir
13.08.2024 , 23:00
“Trabzonspor” ingilis yarımmüdafiəçi Coş Braunhill üçün “Bernli”nin qapısını döyməyə hazırlaşır.
Korner.az xəbər verir ki, Super Liqa klubunun rəhbərliyi 28 yaşlı futbolçunun meneceri ilə prinsipial razılığa gəlib.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Klubu ilə daha bir il müqaviləsi olan futbolçudan müsbət cavab alan “Trabzonspor” ən qısa zamanda “Bernli”yə rəsmi təklifini təqdim edəcək.
Hazırda bazar dəyəri 15 milyon avro olan 28 yaşlı Coş Braunhillin “Bernli” ilə müqaviləsi gələn il başa çatır.
Mina Musayeva