"Trabzonspor" azarkeşlərinin "Qalatasaray"a qarşı dünən keçirilən qarşılaşmada açdıqları plakatda böyük xətaya yol verildiyi məlum olub.
Korner.az-ın məlumatına görə, "Fatehin fəth etdiyi, Yavuzun idarə etdiyi, Qanuninin doğulduğu əfsanə şəhər Trabzon" yazılmış plakatda Qanuni Sultan Süleymanın deyil, II Səlimin rəsmi yerləşdirilib.
Aşağıdakı fotolarda səhvi görə bilərsiniz.
Soldakı Qanuni Sultan Süleyman, sağdakı isə II Səlimin rəsmidir
