Bir müddət əvvəl Portuqaliyanın "Portu" klubunda baxışda olan Orxan Əliyevin "əjdahalar"a keçidi alınmamışdı.
Korner.az-ın əldə etdiyi məlumata görə, lakin "Sumqayıt"ın və millimizin üzvü olan Əliyev üçün yeni bir təklif gəlib.
Hücumçu Türkiyənin "Trabzonspor" klubunun əvəzedici heyətinə baxışa yollanıb.
Bu barədə Korner.az-a futbolçunun meneceri Çinar Məmməd məlumat verib. Belə ki, futbolçunu öncədən "Antalyaspor" və "Trabzonspor" baxışa dəvət etsə də, Əliyev sonunculara "hə" cavabı verib.
