“Trabzonspor” 7 oyunçunu göndərir
03.01.2024 , 21:01

“Trabzonspor” yarımmüdafiə və hücum xəttlərini gücləndirməyi planlaşdırır.
Korner.az xəbər verir ki, klub 6 futbolçu ilə yollarını ayırmaq fikrindədir.
Baş məşqçinin hesabatına uyğun olaraq transfer prosesini idarə etməyi planlaşdıran idarə heyəti, Filip Benkovic, Joaquin Fernandez, Stryger Larsen, Enis Bardhi, Dimitrios Kourbelis, Taxiarchis Fountas və Umut Bozok kimi adlarla yanaşı digər futbolçular üçün də gələn təklifləri qiymətləndirəcək.
