“Trabzonspor” 5 futbolçusunu göndərdi
29.05.2021 , 10:01

“Trabzonspor” 5 futbolçusu ilə yollarını ayırıb.
Korner.az xəbər verir ki, bu barədə Super Liqa klubunun saytı məlumat yayıb.
Qara dəniz təmsilçisi Kamil Əhməd Çörəkçi, Məcid Hüseyni, Lyüis Beker, Marlon Xavyer və Benik Afobenin başa çatan müqaviləsini uzatmayıb.
