Topaz Premyer Liqasının XXXIV turunun iki oyunu canlı yayımlanacaq.
Korner.az-ın məlumatına görə, hər iki qarşılaşmanı “İdman Azərbaycan” efirə verəcək.
Kanal mayın 7-də, saat 17.00-da “Qəbələ” – “Bakı” matçını yayımlayacaq. Bundan iki saat sonra isə “Qarabağ” – “İnter” oyunu azarkeşlərə təqdim olunacaq.
