“Qarabağ” qalib gəldi, “Neftçi”dən bərabərlik
15.03.2019 , 20:48

Bu gün Topaz Premyer Liqasında 21-ci turun oyunları keçiriləcək. Bununla da çempionatda 3-cü dövrəyə yekun vurulacaq.
İlk olaraq “Sabah” “Sumqayıt”ı, “Zirə” isə “Keşlə”ni qəbul edəcək
Turun digər matçında ikinci yerdə olan “Qarabağ” üçüncü pillədə yer alan “Səbail”in qonağı olacaq. Ağdam klubu qələbə qazanaraq, liderlik uğrunda mübarizəni davam etdirmək istəyir. “Səbail” isə ona yaxınlaşan “Qəbələ”nin çatmaması üçün ən azı heç-heçəyə çalışacaq.
Milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə öncəsi son oyunda lider “Neftçi” “Qəbələ”ni qəbul edəcək. Yenidən vahid lider olan “Neftçi” bu mövqeyini qorumağa çalışacaq. “Qəbələ” isə “Səbail”lə xal fərqinin ən azı artmamağı üçün oynayacaq.
15 mart (cümə)
16:00. “Sabah” – “Sumqayıt” 1:1
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Cavanşir Yusifov, Vüqar Həsənli
Əlincə Arena
16:00. “Zirə” – “Keşlə” 2:0
Hakimlər: Rəvan Həmzəzadə, Vüqar Bayramov, Əli Cəbrayılov, Rauf Allahverdiyev
Zirə İdman Kompleksinin stadionu
16:45. “Səbail” – “Qarabağ” 1:2
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Namiq Hüseynov, Rəhim Həsənov
Bayıl Arena
19:00. “Neftçi” – “Qəbələ” 1:1
Hakimlər: Səbuhi Bayramov, Yaşar Abbasov, Müslüm Əliyev, Etibar Həsənov
Bakcell Arena
