TPL I tur: Açılış matçında boş tribunalar
11.08.2018 , 20:01

Bu gün Topaz Premyer Liqasında yeni mövsümə start verilir.
27-ci ölkə birinciliyinə “Sumqayıt” – “Neftçi” oyunu ilə başlayır. Əslində, mövsümün startı dünən “Qarabağ” – “Zirə” oyunu ilə verilməli idi. Amma “Qarabağ”ın Çempionlar Liqasının BATE ilə oyununa görə bu görüş təxirə salınıb.
“Kapital Bank Arena” təmirə bağlandığından “Sumqayıt” rəqibini “Dalğa Arena”da qəbul edir. Az öncə startı götürən qarşılaşma boş tribunalar önündə keçirilir. Mövsümün açılış matçına maraq olduqca azdır. Qarşılaşmanı təxminən 200-ə yaxın tamaşaçı izləyir.
